"Real"-da ciddi itki

30 Noyabr 2020 03:30

"Real Madrid" İspaniya La Liqasının 11-ci turu çərçivəsində doğma meydanda "Alaves"ə 1:2 hesabı ilə məğlub olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu oyunda "kral klubu" ciddi itki ilə üzləşib. Belə ki, komandanın hücumçusu Eden Hazard matçın gedişində zədələnib. Oyunun 28-ci dəqiqəsində zədələnən belçikalı futbolçu Rodriqo ilə əvəzlənib. Futbolçunun vəziyyəti ilə bağlı məlumat verilməyib.

Komandanın baş məşqçisi Zinəddin Zidan oyundan sonra verdiyi açıqlamada, Hazardın zədəsinin ciddi olmadığına ümid etdiyini bildirib.

Milli.Az