“Formula 1”də dəhşətli qəza: Bolid yandı, pilot içindən sağ çıxdı - FOTO

29 Noyabr 2020 19:24

"Formula 1" üzrə Bəhreyn Qran-Prisində dəhşətli qəza baş verib.

"Haas" komandasının pilotu Romeyn Qrojan ölümdən dönüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun idarə etdiyi bolid idarəetmədən çıxaraq bariyerlərə çırpılaraq əvvəlcə alovlanıb, daha sonra isə iki hissəyə bölünüb.

Xoşbəxtlikdən Qrojan yanan bolidin içindən sağ çıxıb və xəstəxanaya aparılıb.

Milli.Az