Qurban Qurbanov koronavirusa yoluxub

29 Noyabr 2020 18:24

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

Milli.Az xəbər verir ki, bunu onun köməkçisi Elçin Rəhmanov Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün "Səbail"lə keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib.

Məhz bu səbəbdən baş məşqçi bugünkü oyunda komandanın yanında olmayıb.

Milli.Az