Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

29 Noyabr 2020 18:56

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 95 milyon 513 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 115 milyon 481 min dollar çoxdur.

Bu ilin on ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 274 milyon 160 min dollar olub.

Milli.Az