Bakıda baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

29 Noyabr 2020 18:05

18:05

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı, əlavə məlumat veriləcək.

-----------

16:37

Bakının Sabunçu rayonu ərazisində yeni tikilən obyekt yanır.

Milli.Az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Milli.Az