“Cibində 100 avrodan artıq pul olmazdı” - Maradonanın vəkili danışdı

29 Noyabr 2020 18:36

Əfsanəvi futbolçu Maradonanın vəfatından sonra sərvəti ilə bağlı yayılan xəbərlər dünya mediasının gündəmini zəbt etdi.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, futbolçunun həyatı haqqında araşdırmalar aparan jurnalistlərdən birinin Maradona haqqında "Bank hesablarında demək olar ki heçnə yox idi, kasıb kimi öldü" deməsi hər kəsi təəccübləndirib.

Futbolçunun vəfatından sonra məlum olub ki, onun banklarda cəmi 75 min funt-sterlinq pulu var. Bunun səbəbi futbolçunun bədxərc olması və ətrafındakı insanların ondan sui-istifadə etməsidir.

Bundan başqa Maradonanın 33 milyon funt-sterlinq vergi borcu oluğu da məlum olub. Vergi qaçaqçılığına görə təqsirləndirilən futbolçuya kömək edən vəkili Ancelo Pisani onun sərvətinin belə az olması haqqında açıqlama verib:

"Maradonanın pulunun hara sərf olunduğunu bilmək istəyirisinizsə, bunu ondan istifadə edən insanlardan soruşa bilərsiniz. Onun cibində 100 avrodan artıq pul olmazdı"- deyə vəkil bildirib

Milli.Az