Şahzadə Diananın gəlinlik eskizləri hərraca çıxarılacaq

29 Noyabr 2020 13:07

Şahzadə Diananın toyunda geyindiyi gəlinliyin eksizlərinin hərracı təşkil ediləcək.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, kral ailəsi üçün geyimlər hazırlayan modelyer və dizayner Elizabet Emanuyelin çəkdiyi 8 nadir eskiz auksina çıxarılacaq.

Onlar arasında 7-si Şahzadə Dianaya məxsus gəlinlik eskizidir. Mütəxəssislər onun hər birinin 1000 funt-sterlinqdən baha satılacağını ehtimal edirlər. Hərrac dekabrın 8-də, Böyük Britaniyanın "Kerri Teylor" moda evində keçiriləcək.

Milli.Az