Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub

29 Noyabr 2020 12:39

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 826 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 130 865 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 116 187 nəfəri sağalıb, 1 990 nəfəri isə vəfat edib.

Milli.Az