28 yaşlı gənc nənəsinin evində intihar etdi

29 Noyabr 2020 12:32

Hacıqabulda intihar hadisəsi baş verib.

Milli.Az bildirir ki, Hacıqabul şəhər sakini, 1992-ci il təvəllüdlü Bayramzadə Nemət Şöhrət oğlu bu gün səhər saatlarında nənəsinin evinə qonaq gedərək orada özünü asaraq intihar edib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az