Məşhur model karyerasına son qoydu

29 Noyabr 2020 12:11

18 yaşında qatıldığı gözəllik yarışmasından sonra məşhurlaşan hicablı Halima Aden daha modelliklə məşqul olmayacaq.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Somali əsilli amerikalı gözəl dininə zidd olduğu üçün daha model kimi fəaliyyət göstərməyəcək. Halima müsahibələrindən birində bu haqda açıqlama verib:

"Model olmaq mənə görə deyildi. Dinim və inancım üçün varam. Bir neçə dəfə dəfilələrdə iştirak etdiyim üçün namazlarımı qıla bilmədim. Bu vəziyyət məni çox pis hala saldı. Dünyada koronavirus yayıldığına görə işlərimə ara verdim. Onda anladım ki, model olmaq mənlik deyilmiş. Bundan sonra karyerama son qoymaq qərarına  gəldim"- deyə o bildirib.

Milli.Az