BƏƏ-də ABŞ hərbçisi həlak olub

29 Noyabr 2020 11:59

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ hərbçisi həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyi hadisənin döyüş əməliyyatları ilə əlaqəli olmadığını və ölkənin Hava Qüvvələrinin kapitanı Killian Lelinin "Əl Dafra" aviabazasında baş verən yol qəzasında öldüyünü qeyd edir.

Digər təfərruatlar barədə məlumat verilmir. Hadisənin səbəbləri araşdırılır.

Milli.Az