Gürcüstanda son sutka ərzində koronavirusa 4426 nəfər yoluxub, 35 nəfər ölüb

29 Noyabr 2020 11:47

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4426  yoluxma halı qeydə alınıb, 35 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  132368 nəfərə, ölənlərin sayı isə 1230 nəfərə çatıb.

Virusa yoluxanlardan 110 049 nəfərin sağaldığı bildirilir.

Milli.Az