Bu gün “Keşlə” “Sabah”la, “Səbail” “Qarabağ”la üz-üzə gələcək

29 Noyabr 2020 10:41

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Milli.Az bildirir ki, "ASK Arena"da keçiriləcək "Keşlə" - "Sabah" oyunu saat 14:00-da başlayacaq.

"ASCO Arena"da baş tutacaq "Səbail" - "Qarabağ" qarşılaşması isə saat 16:00-da start götürəcək. 

Qeyd edək ki, XI tura noyabrın 30-da keçiriləcək "Sumqayıt" - "Qəbələ" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib.

Milli.Az