Tovuzda minik avtomobili yanıb

29 Noyabr 2020 10:23

Tovuz rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Ağdam kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az