Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib

29 Noyabr 2020 09:13

Fransanın paytaxtı Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbul edilməsinə qarşı etiraz aksiyasında təxminən 46 min nəfər iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər..

Məlumata əsasən, Lionda keçirilən anoloji aksiyada 7,5 min nəfər, Bordoda - 6 min nəfər, Strasburqda - 1,5 min nəfər, Lildə - 1,4 min nəfər iştirak edib.

Qeyd edək ki, Parisdə keçirilən aksiya zamanı 46 nəfər saxlanılıb.

Milli.Az