Lalə Məmmədova da koronavirusa yoluxdu

29 Noyabr 2020 09:01

Əməkdar artist Lalə Məmmədova da koronavirusa yoluxub.

Milli.Az xəbər verir ki, bir neçə gündür səhhətində problem olan müğənni Covid-19 testi verib və cavabı pozitiv olub. 

L.Məmmədova ilə yanaşı anası və övladları da virusa yoluxublar. Hazırda onlar ev şəraitində karantinə alınaraq müalicə olunurlar.

Milli.Az