Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib

28 Noyabr 2020 23:57

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 182 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 373 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 714 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 487 912 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 3 611 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 396 227 nəfər təşkil edir.

Milli.Az