Şirvan sakini dəm qazından boğulub

28 Noyabr 2020 23:34

Şirvanda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri S.Vurğun küçəsi 24, mənzil 22 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Fətiyev Zəfər Sabir oğlu dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün Şirvan Şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirlib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az