Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb

28 Noyabr 2020 22:21

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 747 mindən çox artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 747 082 nəfər yeni koronavirusa yoluxub, 13 296 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 61 299 371, ölənlərin isə 1 439 784 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az