Somalinin paytaxtında partlayış olub, 6 ölü

28 Noyabr 2020 19:56

Somalinin paytaxtı Moqadişoda intiharçının törətdiyi partlayış nəticəsində ən azı altı nəfər ölüb və səkkiz nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə hökumət rəsmisi bildirib.

Partlayışın restoranın içində baş verdiyi bildirilir.

"Somalinin Federal Hökuməti günahsız Somaliləri hədəf alan terrorçuların vəhşi hərəkətini qınayır. Ən azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb" - hökümət rəsmisi verdiyi qısa açıqlamada deyib.

Hücuma görə məsuliyyəti terrorçu Əşşabab qruplaşması öz üzərinə götürüb.

Milli.Az