"Qarabağ" Cümə məscidini və Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO

28 Noyabr 2020 19:09

"Qarabağ" klubu bu gün Ağdama səfəri zamanı Cümə məscidini ziyarət edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub nümayəndələri, məşqçilər və futbolçular orada namaz qılıblar.

Həmçinin onlar Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət edib.

Qeyd edək ki, Ağdam noyabrın 20-də işğaldan azad olunub.

Milli.Az