Biləsuvarda ağır qəza: bir ölü, iki yaralı

28 Noyabr 2020 18:40

Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Çaylı kəndindən keçən hissəsində minik avtomobili aşaraq su kanalına düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az