Kanadada əhalinin peyvəndlənəcəyi tarix açıqlandı

28 Noyabr 2020 18:44

Kanadanın Baş naziri Castin Trüdo yeni növ koronavirusla mübarizə çərçivəsində atılacaq addımlardan danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, gələn ilin sentyabr ayınadək peyvəndlərin vurulmasının planlaşdırıldığını qeyd edib. Bildirib ki, 7 fərqli dərman şirkətindən 414 milyon doza vaksin alınması barədə müzakirələr aparılır.

O, dərmanların vurulmasının 2021-ci ilin yanvar-mart aylarından başlanacağını qeyd edib: "Hər şey qaydasında olsa, kanadalıların yarısından çoxuna sentyabr ayınadək vaksinlər vurulacaq. Hamıda sual yaranır, görəsən, peyvəndlər təhlükəsiz olacaqmı? Alimlər bu barədə çox diqqətli araşdırma aparırlar. Bu virusdan xilas olmaq üçün yeganə yol vaksinlərdir".

Milli.Az