Əfsanəvi futbolçunun oğlu duşda zədələndi

28 Noyabr 2020 16:35

Niderlandın "Breda" klubunun futbolçusu Sidney van Hoydonk kuryoz hadisə ilə üzləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 20 yaşlı hücumçu duşda zədə alıb.

İkinci divizionda "Oss"la oyunöncəsi gənc futbolçu duş alarkən şüşə qapı çırpılaraq örtülüb. Sidney qapını qıraraq çıxa bilsə də, ayağı ciddi şəkildə kəsilib. Bu səbəbdən o, komandasının qolsuz bərabərliklə nəticələnən dünənki matçını buraxıb.

Qeyd edək ki, Sidney Niderlandın əfsanəvi futbolçusu Pyerr van Hoydonkun oğludur.

Milli.Az