Rusiyada ev yandı: 2 nəfər öldü

28 Noyabr 2020 15:07

Rusiyanın Kaluqa vilayətində fərdi yaşayış evi yanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər yanaraq dünyasını dəyişib.

Regional Təcili xidmətin yaydığı məlumata görə, hadisə Suxiniçi şəhərinin 8 Mart küçəsində baş verib. 

Evin 40 kvadratmetr ərazisini əhatə edən yanğın söndürülüb.

Milli.Az