Tramp: "Bayden qələbəsinin doğruluğunu sübut etməlidir"

28 Noyabr 2020 14:41

ABŞ prezidentliyinə namizəd Co Baydendən yalnız seçkilərdə qazandığı səslərin doğruluğunu sübut edəcəyi təqdirdə prezident ola biləcək. 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu prezident Donald Tramp Tvitter səhifəsində yazıb.

ABŞ lideri əlavə edib ki, Bayden Ağ Evə prezident olaraq yalnız o halda daxil ola bilər ki, 80 milyon səsinin saxtakarlıqla və ya qanunsuz yolla alınmadığını sübut etsin: "Detroyit, Atlanta, Fladelfiya və Miluokda kütləvi seçici saxtakarlıqları baş verib. Onun həll olunmayan böyük problemləri var".

Milli.Az