Ukraynada rekord yoluxma

28 Noyabr 2020 18:18

Ukraynada bu günədək ən çox koronavirusa yoluxma faktı qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, son 24 saatda ölkə ərazisində 16 min 218 nəfərdə "COVID-19" aşkarlanıb, 192 nəfər ölüb.

Rekord artımdan sonra ümumilikdə yoluxma sayı 693 min 407-yə yüksəlib.

Qeyd edək ki, Ukraynada 14 noyabrdan etibarən sərt karantin rejimi tətbiq edilir. "Həftəsonu karantini" çərçivəsində aptek və marketlər istisna olmaqla  bütün obyektlər fəaliyyətini dayandırıb.

Restoran və kafelər həftəiçi saat 07:00-dan 22:00-dək işləyir.

Milli.Az