Çempionlar Liqasının qalibi müəyyənləşdi - Afrikada

28 Noyabr 2020 18:11

Afrika Çempionlar Liqasının 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, həlledici qarşılaşmada Mirisin iki komandası - "Zamalek"lə "Əl-Əhli" üz-üzə gəlib.

Qahirədə baş tutan görüşdə "Əl-Əhli" son dəqiqələrdə vurduğu qolla 2:1 hesablı qələbə qazanıb. Bununla Pitso Mosimanenin yetirmələri ÇL-in qalibi olub. 9-cu dəfə Afrika Çempionlar Liqasını qazanan komanda bu baxımdan öz rekordunu yeniləyib.

Qeyd edək ki, "Əl-Əhli" 1982, 1987, 2001, 2005, 2006, 2008, 2012 və 2013-cü ildə Afrika Çempionlar Liqasını qazanıb.

Milli.Az