Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı

28 Noyabr 2020 12:26

Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünün dəqiq səbəbi açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tibbi ekspertizanın rəyinə əsasən, argentinalının xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü məlum olub.

Bundan əlavə, Maradonanun ürəyində genişlənmiş kardiomiopatiya aşkar edilib. Onun onun normadan iki dəfə böyük olub.

Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.

Milli.Az