"Brent" markalı neft bahalaşıb, WTI ucuzlaşıb

28 Noyabr 2020 15:26

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1,03% artaraq 1 barelə görə 48,28 dollar təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin 0,39% azalaraq 45,53 dollar təşkil edib.

Milli.Az