Messi ABŞ-da zirvədə

28 Noyabr 2020 16:53

ABŞ-da forması ən çox satılan futbolçuların adları açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Argentina millisinin və İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messi bu baxımdan zirvədədir.

Ulduz futbolçunun adı yazılan forma ölkədə satılma sayına görə ilk pillədədir. İkinci yerdə İngiltərənin "Çelsi" klubunda çıxış edən amerikalı Kristian Puluşiç qərarlaşıb. İlk "üçlüy"ü İtaliyanın "Yuventus" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo qapayıb.

İlk "beşliy"in digər sakinləri fransalı Kilian Mbappe (PSJ, Fransa) və ingiltərəli Markus Reşforddur ("Mançester Yunayted", İngiltərə).

Milli.Az