Erməni tərəfi 2 660 hərbçisinin öldüyünü açıqladı

28 Noyabr 2020 10:24

Qarabağ müharibəsində həlak olmuş erməni hərbçilərin sayı bu gün 2 660 nəfər təşkil edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan səhiyyə naziri Arsen Torosyan bildirib.

"Əlbəttə ki, biz yekun rəqəmə əmin deyilik, çünki proses (ölənlərin axtarışı və tanınması) hələ də davam edir", - "News Armenia" Torosyanın sözlərini sitat gətirir.  

Milli.Az