Los-Anceles sakinlərinə evdən çıxmamaq tövsiyə edilib

28 Noyabr 2020 09:32

ABŞ-ın Los-Anceles dairəsinin (Kaliforniya ştatı) hakimiyyəti koronavirusa yoluxma hallarının artması səbəbindən sakinlərə lazımsız şəkildə evlərindən çıxmamağı tövsiyə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunun bağlı yerli səhiyyə departamentinin saytında xəbər verilib.

Məlumata əsasən, məhdudlaşdırıcı tədbirlər infeksiya hallarının sayının həyəcan verici səviyyədə qalması və xəstəxanaya yerləşdirmə sayının artmağa davam etməsi səbəbindən tətbiq olunur.

Dairə sakinlərinə evlərindən lazımsız yerə çıxmamaları tövsiyə olunur. Çıxmaq üçün zəruri hallar olduqda, hər kəsdən qoruyucu maskalar taxmaq və sosial məsafəni qorumaq tələb olunur.

Milli.Az