“Gizlətməyin, bu, xəstəlikdir, pozğunluq deyil”

28 Noyabr 2020 10:43

Xalq artisti Röya Ayxan koronavirusa yoluxan dostlarına müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi ətrafında olan insanlarda "COVID-19" aşkarlansa da, bunu gizlətdiklərini bildirib:

"Sözüm koronavirus tutan və fərqində olmayan, olsa belə gizlədən dostlarıma, tanışlarımadır. Nasazlıq hiss edəndə gizlətməyin. Bu, xəstəlikdir, pozğunluq deyil. Evimizdə xəstə valideynlərimiz var, sizin əlinizdən atama baş çəkə bilmirəm. Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər".

Milli.Az