Özündən 22 yaş kiçik qızla nişanlandı

28 Noyabr 2020 14:47

Amerikalı məşhur aktyor Mettyu Peri 51 yaşında ilk dəfə nişanlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi "People" nəşrinə müsahibəsi zamanı deyib.

O bildirib ki, özündən 22 yaş kiçik sevgilisi Molli Qurviçlə çox xoşbəxtdir.

Qeyd edək ki, cütlük iki ildir eşq yaşayır. Bu ilin mayında onların ayrılması haqda xəbərlər yayılmışdı.

Milli.Az