S-500 raket sistemləri nə vaxt hazır olacaq?

1 Dekabr 2020 19:45

Yeni nəsil S-500 hava hücumundan müdafiə sistemləri 2021-ci ildə hazır olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Yudin deyib.

A.Yudinin sözlərinə görə, S-500 mobil hava və raket əleyhinə müdafiə sisteminin hazırlanmasının tamamlanması 2021-ci ilə planlaşdırılır.

Xatırladaq ki, daha əvvəl S-500 sisteminin elementlərinin hazır olduğu bildirilirdi.

Milli.Az