"Real"ın 5 futbolçusu "Alaves"lə oyunu buraxacaq

28 Noyabr 2020 08:58

"Real"ın futbolçuları Serxio Ramos, Kərim Benzema, Fani Karvahal, Fede Valverde və Alvaro Auriosol La Liqanın 11-ci turunda "Alaves"lə oyunu buraxacaqlar.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb onların zədəli olmasıdır.

Qeyd edək ki, "Real" - "Alaves" görüşü sabah keçiriləcək. 

Milli.Az