"Beşiktaş"ın oyunçusu koronavirusa yoluxdu

28 Noyabr 2020 08:53

"Beşiktaş"ın futbolçusu Aydin Hasiç koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 19 yaşlı oyunçunun koronavirus testi müsbət çıxıb. Bu səbəbdən onun Türkiyə Superliqasında "Fənərbaxça" ilə matçı buraxacağı bildirilib.

Hasiçin karantinə alındığı vurğulanıb.

Milli.Az