"Atalanta"da koronavirus

28 Noyabr 2020 08:13

"Atalanta"nın futbolçusu Aleksey Mirançuk koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, rus yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onun karantinə alındığı bildirilib.

Qeyd edək ki, Mirançuk bu mövsüm 4 oyunda 2 qol vurub.

Milli.Az