Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir - FOTO

27 Noyabr 2020 17:23

Bakıda daha bir yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hadisə paytaxtın Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) baş verib. Ərazidəki tunelə girişdə baş verən yol nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunur.

Hazırda, həmçinin 3-cü Mikrorayon dairəsi ətrafında hərəkətdə çətinlik yaranıb. Dairə ətrafında tıxac var. Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır.

Milli.Az