Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır - FOTO

27 Noyabr 2020 16:42

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.

Bu barədə Milli.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.

Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Milli.Az