"Onları gördükcə elə bilirdim qolumu kəsirlər"

27 Noyabr 2020 19:39

"Nə qədər yuxuda Qarabağı görərdik, nə qədər muğamımızın içində bənzətmələr edərdik... Rayonlara gedəndə gözəl yer görən kimi Qarabağa oxşadırdıq. Şəhidlər önündə diz çökür, məzarını öpürük. Tarix yazdılar, qazilərə təşəkkür edirəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Babək Niftəliyev "Qarabağ sədası" proqramında deyib.Kəlbəcərdən olan müğənni sevinc hisslərini bölüşüb:

"Kəlbəcəri dağıdıb, talayıblar. 30 ildə Kəlbəcərdə heç nə qoymayıblar qalsın. Ağacları necə yandırırdılar. Bunlara ürək ağrısı ilə baxıram. Orada yaşayanda biz də həyətimizdə ağaclar əkmişdik. İndi onlar ağacları kəsib aparanda elə bilirdim qolumu kəsirdilər.

44 gün müharibə ərəfəsində orada oldum. Nələr gördüm... Amma şükür, bitdi... Bir vaxtlar insanlar körpə uşaqlarını sinəsinə basıb gəlib. Bizim körpəliyimiz olmadı. İndi həmin körpələr tank belində gedib Kəlbəcəri, digər yerləri aldılar.

Hava çox şaxtalı, soyuqdur. Adam bir dəqiqə dayana bilmir. Amma bizim qardaşlar necə vətəni qoruyurlar".

Milli.Az