Gürcü nazir: Məhdudiyyətlər və qadağalar iqtisadi artım proqnozlarına mənfi təsir göstərəcək

27 Noyabr 2020 20:30

Noyabrın 28-dən ölkədə tətbiq olunacaq məhdudiyyətlər və qadağalar Gürcüstanın iqtisadi inkişafı ilə bağlı proqnozlara mənfi təsir göstərəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın maliyyə naziri İvane Maçavariani bu gün keçirdiyi brifinqdə söyləyib.

Nazir deyib ki, 2020-ci ildə ölkə iqtisadiyyatının 5 faiz, 2021-ci ildə isə 4,3 faiz artacağı proqnozlaşdırılır.

Hökumətin qərarına əsasən, ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısının maksimum dərəcədə alınması məqsədilə noyabrın 28-dən 2021-cil yanvarın 31-dək ölkədə iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən pərakəndə ticarətə məhdudiyyətlər tətbiq olunacaq.

Onun sözlərinə görə, noyabr ayında, məhdudiyyətlər tətbiq olunana qədər gəlirlərdə azalma müşahidə olunur. Məhdudiyyətlərin tətbiqindən sonra gəlirlər daha da azalacaq. İqtisadiyyatın cari ildəki azalması 2021-ci ilin göstəricilərinə də mənfi təsir göstərəcək. İqtisadi fəallıq asan yolla bərpa olunmayacaq və gələn il üçün nəzərdə tutulmuş 4,3 faizlik iqtisadi artım proqnozu da azalacaq.

Bununla yanaşı, nazir qeyd edib ki, koronavirusa qarşı vaksin vaxtında alınsa iqtisadi geriləmənin də qarşısını ala bilər.

"Əhalinin sağlamlığı iqtisadiyyatın artımına da müsbət təsirini göstərəcək", - deyə İ.Maçavariani vurğulayıb.

Milli.Az