Tatlısəs ailəsinə gəlin göçən Yasemin: "Hələ ortada heç nə yoxdur” - FOTO

27 Noyabr 2020 19:19

Bir müddət əvvəl İbrahim Tatlısəsin oğlu İdo ilə nişanlanan Yasemin Şefkatli kameralara tuş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir rəfiqəsi ilə görüntülənən Yasemin jurnalistlərin "toyunuz nə vaxtdır" sualına belə cavab gətirib:

"Hələki toy tarixi bəlli deyil. Əsas can sağlığıdır. Toyun nə vaxt və necə olacağı vacib deyil. Özümə gəlinlik belə seçməmişəm. Hələ ortada heç nə yoxdur".

Gənc müğənni İdo ilə nişanlanaraq Tatlısəs ailəsinin bir üzvünə çevrilən Yasemin nişanda çox həyəcanlı olduğunu dilə gətirib.

Milli.Az