Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur - Mariya Zaxarova

27 Noyabr 2020 15:08

Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə müvafiq hərbi mütəxəssislər məşğul olur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, bu məsələ ilə bağlı hər iki münaqişə tərəfi ilə iş aparılır:

"Bu iş hər addımın ictimai şərh olunmasını nəzərdə tutmur. Hazırda bu barədə məlumatı olan ekspertlərlə iş gedir. Bu məsələ hərbçilərimizin daimi nəzarətindədir".

Milli.Az