Ermənistanın keçmiş baş qərargah rəisi metal tullantıları 42 milyon dollara satırdı - Paşinyan

27 Noyabr 2020 15:05

Movses Hakobyan vəzifəsində olarkən metal tullantıları 42 milyon dollara satırdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

Müraciət zamanı Paşinyan Ermənistanın keçmiş baş qərargah rəisi Movses Hakobyanın ünvanına itihhamlar səsləndirib:

"Ehtiyatda olan general mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda 42 milyon dollarlıq metal tullantılarla bağlı cinayət işi açılmışdı".

Milli.Az