Övladını itirən model depressiyaya düşüb

27 Noyabr 2020 18:54

Aparıcı və model Krissi Tayqen hazırda çətin anlar yaşayır. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl yeni doğulan körpəsini itirən 34 yaşlı model depressiyaya düşüb. O, bununla bağlı sosial media hesabında paylaşım edib:

"Dərin depressiyada olduğum üçün tez-tez paylaşımlar edə bilmirəm. Lakin narahtlığa heç bir əsas yoxdur. Həkimlərin dəstəyi ilə tezliklə sağalacağımı ümid edirəm. Sizi sevirəm və hamınıza təşəkkür edirəm".

Qeyd edək ki, Krissi Tayqen bəstəkar Con Lecendlə evliliyindən olan körpəsini ötən ay itirib.

Milli.Az