Xəstəxananın şöbə müdiri iş yoldaşını öldürdü

24 Aprel 2010 22:19

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, xəstəxanada gözətçi işləyən Ənvər Qarayevi iş yoldaşı öldürüb.

Belə ki, aprelin 19-da xəstəxanasının 2-ci mərtəbəsində aparılan təmir işləri ilə əlaqədar, orada təsərrüfat müdiri işləyən rayon sakini Diləfrüz Məmmədovanın pəncərədən həyətə atdığı dəmir parçası Ə.Qarayevin baş nahiyəsinə dəyib. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Qarayev aprelin 23-də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az