AFFA rəsmisi “Atletiko” - “Bavariya” oyununa təyinat aldı

27 Noyabr 2020 20:24

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik növbəti təyinat alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Atletiko" (Madrid, İspaniya) -  "Bayern" (Almaniya) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, dekabrın 2-də Madriddə keçiriləcək oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Milli.Az