Premyer Liqamızda daha bir oyun təxirə salındı - Koronavirusa görə

27 Noyabr 2020 16:41

Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 11-ci turun sabah keçirilməli olan "Sumqayıt" - "Qəbələ" oyunu baş tutmayacaq.
 
Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçəcəyi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.

Milli.Az